12px13px15px17px
Tarix:30/07/13

Hər dəqiqə “Instagram” xidmətində 216 min foto dərc edilir

"Qmee" şirkətinin araşdırmasına əsasən məlum olub ki, "Instagram" xidmətinin istifadəçiləri hər saniyə 3,6 min foto yükləyirlər. Bu, bir dəqiqə ərzində 216 min foto deməkdir. Eyni müddətdə "YouTube" videohostinqinə 72 saatlıq video yüklənilir.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Google" istifadəçiləri bir dəqiqədə 2 milyon axtarış sorğusu yaradır, "Facebook" sosial şəbəkəsində 2,46 milyon mesaj, "Twitter"də 278 min tvit dərc edilir və göndərilmiş elektron məktubların sayı 204 milyona çatır.

Həmçinin bir dəqiqə ərzində internetdə 70 yeni domen adı qeydiyyatdan keçir.

Emil Hüseynov
 



Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024