12px13px15px17px
Tarix:30/07/13

“Elektron hökumət” portalı vasitəsilə normativ-hüquqi aktların layihələri ilə bağlı təkliflər göndərmək mümkündür

Vətəndaşlar Azərbaycan Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ-hüquqi aktların layihələri ilə bağlı təkliflər irəli sürə bilərlər.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “E-gov.az” “Elektron hökumət” portalının müvafiq bölməsindən (https://projects.e-gov.az/AllServices.aspx) Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ-hüquqi aktların layihələri ilə tanış olmaq olar. Hər bir vətəndaş yuxarıda göstərilən ünvana daxil olaraq informasiya sahibinin və layihənin adını seçib, layihələrin mətni ilə tanış ola, həmçinin müzakirənin bitmə müddəti ərzində öz təkliflərini göndərə bilər.

CAHANGİR



Baxış sayı: 1006

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024