12px13px15px17px
Tarix:30/07/13

Naxçıvanda simsiz internet şəbəkəsi genişlənib

Naxçıvan Muxtar Respublikası (MR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 2007-ci ilin mart ayından etibarən CDMA simsiz rabitə texnologiyasına əsaslanan “Naxtel” rabitə şəbəkəsi abunəçilərə xidmət göstərir. Hazırda şəbəkənin 5000-dən artıq abunəçisi var.

Bundan başqa “Naxtel”in  terminal tipli və avtomobildə istifadə üçün telefonları da satışdadır.

 Naxçıvan MR RİTN-dən verilən məlumata görə, “Naxtel” şəbəkəsi üzərindən simsiz internet xidmətinə çıxış abunəçilərin istifadəsindədir. Simsiz internetə qoşulmaq üçün abunəçilərə təklif olunan bir neçə vasitə mövcuddur: stasionar tipli telefonlar, mobil tipli telefonlar, terminal tipli telefonlar və data modemlər.


“Naxtel” simsiz internetdən istifadə etmək üçün sadalanan vasitələrdən hər hansı birinin kompüterə USB kabeli vasitəsilə qoşulub və CD vasitəsilə tanıdılması kifayətdir. İnternet vaxta görə ödəmə kartlar vasitəsilə istifadəçilərə təqdim olunur.

RƏVAN
 



Baxış sayı: 989

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024