12px13px15px17px
Tarix:31/07/13

Yarımkeçirici bazarının həcmi 7% artacaq

2013-cü ildə yarımkeçirici bazarının həcmi 6,9% artaraq 320 milyard dollar olacaq. 2014-cü ildə artım 2,9% təşkil edəcək və 2017-ci ildə satışların həcmi 366 milyard dollara bərabər olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "International Data Corporation" (IDC) analitikləri tərəfindən tərtib edilən "Semiconductor Applications Forecaster" adlı yenilənmiş tədqiqata əsasən, 2012-2017-ci illər ərzində yarımkeçirici məhsul istehsalçılarının gəlirləri 4,2% orta illik sürətlə artacaq.

Ekspertlər deyirlər ki, yarımkeçiricilərə tələbat Çin iqtisadiyyatının tənəzzülü, Avrozonanın borc böhranı, ABŞ-ın dövlət büdcəsinin sekvestri və sair kimi mənfi amillərin təsiri altında olacaq.

Emil Hüseynov
 
 
 
 
 



Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024