12px13px15px17px
Tarix:31/07/13

İnternet cinayətləri ölkələrə narkotik qaçaqmalçılığından daha çox ziyan vurur

Britaniya İcmalar Palatasının daxili işlər üzrə komitəsinin hesabatına əsasən, internet üzərindən həyata keçirilən cinayətlər dövlətlərə narkotik qaçaqmalçılığı ilə müqayisədə daha çox zərər vurur.

"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, "Norton" şirkətinin ekspertlərinin məlumatına görə, internet üzərindən həyata keçirilən cinayətkar fəaliyyətdən əldə olunan gəlir 388 milyard dollar təşkil edir. Qeyd edək ki, narkotik qaçaqmalçılığından ildə 288 milyard dollar əldə olunur.
"Biz internet müharibələrinə çox sakit tərzdə yanaşırıq, çünki onların "qurban"ları virtual məkandadır. Böyük Britaniyaya haker hücumu təhlükəsi nüvə zərbəsi ilə müqayisədə daha ciddidir" – komitənin rəhbəri, leyborist Kit Vaz deyib.

Kit Vaz hesab edir ki, internet üzərindən həyata keçirilən cinayətlərin çox vaxt araşdırılmaması problem yaradır. Onun fikrincə, hakerlər üçün həbs müddətinin artırılması məsələsini müzakirə etmək lazımdır. Həmçinin internet üzərindən həyata keçirilən cinayətlərlə mübarizəyə  daha çox vəsait ayırmaq lazımdır.

Emil Hüseynov



Baxış sayı: 397

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Sentyabr 2019

15 09 2019