12px13px15px17px
Tarix:31/07/13

Asiya İnkişaf Bankı ilə nağdsız ödənişlər məsələsi müzakirə olunub


Asiya İnkişaf Bankının (AİB) Regional əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin müdiri, xanım Viki Tanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində Mərkəzi Bankın sədr müavini Xaqani Abdullayevlə görüş keçirilib. Görüşdə ölkəmizlə AİB arasında  “Ölkə tərəfdaşlığı strategiyası” layihəsi, o cümlədən  bank sektorunda nağdsız ödənişlər, mikromaliyyələşdirmə və qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

AİB-in Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayan nümayəndə heyətinin üzvləri bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Öz növbəsində Mərkəzi Bankın sədr müavini X.Abdullayev “Ölkə tərəfdaşlığı strategiyası” layihəsinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan məsələləri dəstəklədiyini bildirib.
Görüşdə həmçinin Mərkəzi Bank ilə AİB arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
 
SEYMUR



Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024