12px13px15px17px
Tarix:01/08/13

Beynəlxalq standartlar əsasında 13 milli standartın hazırlanması üzrə işlər aparılır

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi (RİTN) “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə tədbirlərin icrasını davam etdirir.
 
Tədbirlər Planında yer alan əsas istiqamətlərdən biri də “Beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanması”dır. Hazırda beynəlxalq standartlar əsasında biometriya üzrə 3, rəqəmli TV üzrə 4, proqram məhsullarının hazırlanması üzrə 2, terminoloji üzrə 2 olmaqla, ümumilikdə 13 milli standart üzrə işlər aparılır.
 
Qeyd edək ki, Tədbirlər Planı üzrə tədbirin icraçıları Ra­bitə və İnformasiya Texnologiyaları Na­zirliyi, Azərbaycan Respublikasının Prezi­denti yanında Vətən­daş­lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024