12px13px15px17px
Tarix:01/08/13

“Facebook” və “Google”-un sabiq əməkdaşları smartfonlar üçün ofis paketi hazırlayıblar


“Facebook”un sabiq texniki direktoru Bret Teylor və “Google”-un sabiq əməkdaşı Kevin Qibbs smartfon və planşetlər üçün nəzərdə tutulmuş “Quip” ofis paketini təqdim ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tərtibatçılar korporativ bloqda bildiriblər ki, onlar "mobil era" üçün məhsul yaratmağa qərar veriblər. Onların fikrincə, mövcud ofis redaktorlarının əksəriyyəti otuz il əvvəlin məhsullarından fərqlənmir və müasir istifadəçilərin tələblərinə cavab vermir.

“Quip” redaktorunun birinci versiyası vasitəsilə sənəd, qeyd, siyahılar yaratmaq və onlara baxmaq mümkündür. Tətbiqin funksiyaları arasında sənədlər üzərində kollektiv iş, daxili messencer, sənədlərin oflayn rejimdə redaktəsi var.

“Quip” tətbiqi “iOS” platformasında əlçatandır. “Android” platforması üçün ilkin versiya çıxarılıb, lakin onun imkanları məhdudlaşdırılıb: yalnız sənədlərə baxış mümkündür. Tətbiq ödənişsizdir.

Emil Hüseynov



Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024