12px13px15px17px
Tarix:01/08/13

“ReRAM” əsasında yaradılmış ilk qurğu istehsal edilir


Yaponiyanın “Panasonic” şirkəti avqustda “ReRAM” yaddaş texnologiyası üzərində yaradılmış kommersiya kompüter məhsulunun təchizatına başlayacaq.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, söhbət hava nəzarəti sisteminin, tibbi avadanlığın və yanğın siqnalizasiyasının quraşdırılması üçün nəzərdə tutulmuş “MN101LR” ətraf mühit mikrosensorları xəttindən gedir.
 
Şirkətdə bildiriblər ki, “ReRAM”-ın tətbiqi nəticəsində yeni sensorlar daha sadə konstruksiyaya və istehsal gücünə malik olacaqlar.

Hazırda istifadə edilən “NAND” yaddaş çiplərindən fərqli olaraq “ReRAM”-çiplər daha az elektrik enerjisi sərf edirlər, lakin məlumatları 10 min dəfə daha tez yazırlar. Yeni modulları kompüterlərlə yanaşı, digər istehlakçı elektronikasında, kameralarda, pleyerlərdə və s. istifadə etmək təklif edilir.

“ReRAM” texnologiyası perspektivdə, mobil telefonlarda və “MP3” pleyerlərdə istifadə edilən  fləş-yaddaşı əvəz edə bilər. “ReRAM” həmçinin universal daşıyıcı şəklində istifadə edilə bilər, yəni “Flash”, “DRAM” və ya sərt disk kimi.

Aynur Vəliyeva



Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024