12px13px15px17px
Tarix:01/08/13

Uşaq cəzaçəkmə müəssisəsinin kitabxanası müasir informasiya texnologiyaları ilə təmin edilib


 
Əhalinin bütün təbəqələrinə pulsuz xidmət göstərən hüquq-informasiya mərkəzlərinin yaradılması istiqamətində işlər aparılıb. Mədəniyyət və Turizm Nazirliyinin (MTN) dəstəyi ilə  Gəncə, Şirvan, Lənkəran, Mingəçevir, Sumqayıt şəhər, Astara, Ağdaş, Balakən, Bərdə, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Masallı, Neftçala, Sabirabad, Şamaxı, Ucar, Zaqatala rayon mərkəzi kitabxanalarında hüquq-informasiya mərkəzi və “Uşaq hüququ” informasiya mərkəzləri yaradılıb.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə nazirliyin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova məlumat verib. Onun sözlərinə görə, hüquq-informasiya mərkəzləri və “Uşaq hüququ” informasiya mərkəzlərinin fəaliyyətləri C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində yaradılan İctimai Hüquqi-İnformasiya Mərkəzi vasitəsilə koordinasiya edilir və mütəmadi olaraq birgə tədbirlər keçirirlər: “Sözügedən informasiya mərkəzləri hər il hüquq sahəsinə aid yeni nəşrlərlə zənginləşdirilir.

Uşaq cəzaçəkmə müəssisəsinin kitabxanasında informasiya-resurs mərkəzinin yaradılması və sözügedən mərkəzi müasir informasiya texnologiyaları və nəşrlərlə təmin etmək məqsədi ilə tədbirlər həyata keçirilib. Bununla əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə yaradılıb və oxucuların istifadəsinə təqdim edilib.

Uşaq cəzaçəkmə müəssisəsinin kitabxanasına çoxlu sayda kitablar göndərilib və kitabxanaların nəzdində informasiya-resurs mərkəzi kompüter və digər informasiya texnologiyaları ilə təmin olunub”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024