12px13px15px17px
Tarix:01/08/13

Amerikalıların 61%-i məzuniyyət zamanı işləyir

Amerikanın “TeamViewer” şirkətinin keçirdiyi tədqiqata əsasən, amerikalıların 61%-i məzuniyyətdə smartfon, noutbuk və başqa qurğulardan istifadə edərək işləyirlər.

2012-ci ildə keçirilmiş analoji tədqiqata əsasən, məzuniyyətdə işləməyə razı olan amerikalıların sayı 52% olub.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, tədqiqat çərçivəsində 2074 amerikalının rəyi soruşulub, həm də onların 1094-ü tam iş rejimində işləyir. Amerikalıların 38%-i məzuniyyətdə iş poçtunu oxumağa hazırdır. Onların müvafiq olaraq 32 və 30%-i sənədlərlə işləməyi və telefon zənglərini qəbul etməyi planlaşdırırlar. Rəyi soruşulanların 24%-i mətn mesajlarını qəbul etməyi planlaşdırır, 20% isə rəhbər və əməkdaşlarının tapşırığını yerinə yetirməyə hazırdır.

Bununla belə, rəyi soruşulanların 61%-i məzuniyyətə özləri ilə bir neçə qurğu aparmağı planlaşdırırlar. Amerikalıların 40%-i özləri ilə smartfon, 39%-i noutbuk, 24%-i masaüstü kompüter götürməyə üstünlük verir. Rəyi soruşulanların yalnız 18%-i özləri ilə planşet götürməyi planlaşdırır.

Məzuniyyətdə işləməyə razı olan amerikalıların əksəriyyəti 18-34 yaş kateqoriyasına aiddir.

Emil Hüseynov
 



Baxış sayı: 356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020