12px13px15px17px
Tarix:01/08/13

İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihə­lər dəstəklənəcək

Təhsil-innovasiya-elmə əsaslanan biliklər iqtisadiyyatının formalaşdığı indiki zamanda ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün elmi tədqiqat layihələrinin stimullaşdırılması, elmi-texnoloji layihələrə dəstək verilməsi vacibdir. Bu məqsədlə Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi (RİTN) “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində Prezident yanında Elmin İnkişafı Fondu (EİF) ilə birgə “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihə­lərin dəstəklənməsi” üzrə tədbirlərin icrasına başlayacaq.

Qeyd edək ki, Tədbirlər Planında sözügedən bənd üzrə Elmin İnkişafı Fondu tərəfindən İKT istiqamətli bir neçə qrant müsabiqəsinin (pilot layihə, fundamental-tətbiqi xarakterli layihələr və s. üzrə) keçirilməsi də planlaşdırılır. Artıq bu məqsədlə müsabiqə şərtləri, elmi istiqamətlər və prioritetlər müəyyənləşdirilib. Elmin İnkişafı Fondunun böyük maliyyə həcmli pilot qrant layihələrinin Azərbaycan Milli Elmlər Akademiyasının Fizika, Geologiya, Aşqarlar Kimyası institutlarında, Azərbaycan Tibb Universitetində uğurla reallaşdırılması, həmçinin AMEA-nın Botanika, Genetika və Kimya Problemləri institutlarında davam etdirilməsi, layihələr çərçivəsində alınaraq quraşdırılmış ultra-modern cihazlarda rəqabət apara biləcək ilkin elmi nəticələrin alınması xaricdə kadr hazırlığının müsbət effektləri pilot layihələrin davam etdirilməsinə və bu tip layihələrin müxtəlif elm sahələri və istiqamətlərində daha geniş tətbiqinə əsas verir. EİF İKT-nin inkişafına yönəlmiş pilot layihələrin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün qısamüddətli və məqsədli müsabiqəsini də başa çatdırıb. Sözügedən müsabiqə elmi tədqiqat müəssisələrinin və elmin inkişafına xidmət edən qurumların maddi-texniki bazasının ən müasir səviyyədə yenidən qurulması və fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin qısa müddət ərzində informasiya-kommunikasiya təminatı sahəsində əhəmiyyətli nəticələrə nail olunmasının stimullaşdırılması kimi prioritetləri əsas tutmaqla həyata keçirilib.

Müsabiqə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturunun və modern kitabxana sisteminin yaradılması üçün informasiya-kommunikasiya texnologiyaları və avadanlığı ilə təminatın müvafiq hissəsinin qurum tərəfindən təqdim edilmiş böyük maliyyə həcmli pilot layihə vasitəsilə reallaşdırılmasını nəzərdə tutub.



Həqiqət İSABALAYEVA



Baxış sayı: 968

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024