12px13px15px17px
Tarix:01/08/13

Virtual aləmdə insanları izləyən daha bir proqram peyda oldu


ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sirlərini açan Edvard Snouden təqdim etdiyi sənədlər əsasında "The Guardian", şəxsi məlumatlara çıxış əldə etməyə imkan verən "Xkeyscore" məxfi proqramı haqda məqalə dərc edib.

"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, "XKeyscore" proqramı, Amerika xüsusi xidmətləri ilə əməkdaşlıq edən şirkətlərin saytlarının və ya trafiki ABŞ ərazisində yerləşən serverlərdən keçən saytların istənilən internet istifadəçisinin elektron poçta, çat sessiyalarına və hətta   daxil olduqları saytlar haqda məlumatlara çıxış təqdim edir.

Xatırladaq ki, öncə bütün Amerika internet şirkətlərinin "PRİSM" proqramı çərçivəsində Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq etdiyi bildirilmişdi.

"XKeyscore" agentliyin analitiklərinə insanları elektron poçt ünvanı, telefon, İP-ünvan və açar sözü üzrə axtarmağa imkan verir. Sorğunu əsaslandırmaq üçün iki qısa sətri doldurmaq kifayətdir.
"XKeyscore" üzərindən axtarışda tammətnli məlumatlara çıxış əldə edilir, lakin bir məhdudiyyət var. Belə ki, "Xkeyscore" çərçivəsində demək olar ki, bütün trafik əldə edilir və o, cəmi bir neçə gün saxlanılır. Konkret insanları "izləmək" üçün ayrıca həll tələb olunur.

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi "XKeyscore" proqramının mövcudluğunu rəsmi olaraq təsdiqləyib. Lakin bu proqramdan yalnız məhdud sayda insanların istifadəsinə icazə verilir və proqramın ABŞ-dan kənar digər ölkələrin vətəndaşlarına qarşı istifadə edildiyi qeyd edilib. Eləcə də bu addımın ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, öncə ABŞ siyasətçiləri və xüsusi xidmətlərin nümayəndələri vətəndaşların məlumatlarının yalnız meta-məlumatlarına çıxışları olduqlarını bildirmişdilər, Edvard Snoudenin son açıqlaması isə bu bəyanatların yalan olduğunu göstərib.

Aynur Vəliyeva
 



Baxış sayı: 936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024