12px13px15px17px
Tarix:02/08/13

Dünyanın beş ən nazik smartfonu


  1. "Huawei Ascend P6"

 
2013-cü il iyunun 18-də elan edilib. Qalınlığı 6.18 millimetr təşkil edir. Hələ ki satışa çıxarılmayıb.
4,7 düymlük diaqonallı ekran "HD" (1280×720 nöqtə) təsvir ölçüsünə malikdir. Smartfon 1,5 QHs takt tezlikli dördnüvəli "K3V2E" prosessoru, 2 QB əməli yaddaşla təchiz edilib.
 














  1. "Alcatel One Touch Idol Ultra 6033"


2013-cü il yanvarın 7-də təqdim edilib. Qalınlığı 6.45 mm təşkil edir.
"Huawei Ascend P6" smartfonunda olduğu kimi, ekran eyni ölçü və diaqonala malikdir. Aparat 1.2 QHs takt tezlikli ikinüvəli prosessor, 1 QB əməli yaddaşla təchiz olunub. Əsas kamera 8, ön kamera isə 1.3 meqapiksellik təsvir ölçüsünə malikdir.
















 
  1. "BBK Vivo X1"


2012-ci il noyabrın 23-də təqdim edilib. Qalınlığı 6.55 mm təşkil edir.
"Vivo X1" smartfonunun ekranının ölçüsü əvvəlki iki smartfonla eynidir, lakin təsvir ölçüsü (960×540 nöqtə) aşağıdır. Prosessor, yaddaş və əsas kameranın parametrləri "Alcatel One Touch Idol Ultra 6033" smartfonu ilə uyğundur, ön kameranın təsvir ölçüsü iki meqapikselə bərabərdir.
 



  1. "Oppo Finder X907"


 
2012-ci il noyabrın 27-də təqdim edilib, qalınlığı 6.65 mm təşkil edir. Çin hazırlamasıdır.
4,3 düymlük ekranın təsvir ölçüsü 800×480 nöqtəyə bərabərdir və "Super AMOLED" texnologiyası üzrə hazırlanıb. Qurğu "Qualcomm" şirkətinin 1,5 QHs takt tezlikli ikinüvəli prosessoru ilə işləyir və 1 QB əməli yaddaşa malikdir. Ön kamera 1,3 meqapiksellik, əsas kamera isə  8 meqapiksellik təsvir ölçüsünə malikdir.
 
 
 


  1. "Huawei Ascend P1 S"

 

2012-ci il yanvarın 9-da təqdim edilib, qalınlığı 6.68 mm təşkil edir.  Xüsusiyyətləri "Ascend P6" ilə müqayisədə zəifdir.
"Huawei Ascend P1 S" smartfonu 960×540 nöqtə təsvir ölçülü 4,3 düymlük ekran, 1,5 QHs ikinüvəli prosessor və 1 QB əməli yaddaşla təchiz olunub. Əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kamerada isə 1,3 meqapiksel olub.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 1392

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020