12px13px15px17px
Tarix:02/08/13

Naxçıvanda elektron xidmət göstərəcək 34 dövlət orqanına fiber-optik kabel çəkilib


Naxçıvan Muxtar Respublikasında elektron xidmət göstərəcək 34 dövlət orqanına fiber-optik kabel çəkilib.
 "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikir Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında səsləndirilib.

Məlumat verilib ki, muxtar respublikada dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi çərçivəsində fiber-optik telekommunikasiya şəbəkəsinin genişləndirilməsi davam etdirilir. "Evədək optika" layihəsinin həyata keçirilməsi və gələcəkdə digər dövlət orqanlarının da elektron xidmətlər göstərəcəyi nəzərə alınaraq Naxçıvan şəhərində 9 məntəqədə fiber-optik kabel qovşağı yaradılıb. 

Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin şəhər və rayonlarda yerləşən 11 xəstəxanası arasında fiber-optik əlaqə yaradılıb.

CAHANGİR



Baxış sayı: 702

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024