12px13px15px17px
Tarix:03/08/13

Azərbaycanda ilin əvvəlindən qeydiyyatdan keçmiş milli domen adlarının xalis artımı azalıb


Azərbaycanda bu günə kimi 17841 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.
"ICTnews" xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bu il ölkədə cəmi 3625 domen qeydə alınıb, 2137-si  qeydiyyatdan çıxarılıb. Beləliklə, ilin əvvəlindən domen adlarının xalis artımı ötən ay ilə müqayisədə 3% azalaraq 1488 domen təşkil edib.

Elektron təhlükəsizliyi mərkəzinin rəhbəri və "*.az" domeni administratoru Faiq Fərmanovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, domenlərin sayının azalmasının səbəbi onlayn-qeydiyyat sisteminin tətbiqi çərçivəsində köhnə istifadə edilməyən domenlərin ləğv edilməsi ilə bağlıdır.

Hazırda Azərbaycanda 16646 -*.az, 704 -*.com.az, 167 -*.edu.az, 98 -*.org.az, 59 -*.net.az, 42 -*.int.az, 41 - *.co.az, 39 -*.pp.az,  23 -*.info.az, 11 - *.biz.az, 3 -*.name.az, 1 -*.mil.az, 1 - *.pro.az və 6 coğrafi adlardan ibarət domen adları istifadə olunur.

Son üç ildə *.az domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə  5478 domen adı olub. Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılması da müşahidə olunur və bunun nəticəsində 2012-ci oldə *.az domeninin xalis artımı 3039 domen adı təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur.

Aynur Vəliyeva
 

 
 



Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024