12px13px15px17px
Tarix:03/08/13

İyul ayında İSB-nin informasiya sistemi vasitəsilə 72 mindən artıq sığorta müqaviləsi bağlanıb


Bu ilin iyul ayında  İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 72,8 mindən çox sığorta müqaviləsi bağlanıb.

“ICTnews” elektron xəbər xidmətinə İcbari Sığorta Bürosundan verilən məlumata görə, bunların da 23,1 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 (bir) ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib. 

2013-cü ilin iyul ayı ərzində bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 5,6 milyon manatdan çox olub. Cari ilin iyun ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,9%, sığorta haqlarının məbləğində isə 7,2% artım müşahidə edilib.

Ötən ilin iyul ayı ilə müqayisədə isə sığorta müqavilələrinin sayında 1,9%, sığorta haqlarının məbləğində 6,7% azalma müşahidə edilib.  Cari ilin iyul ayında orta sığorta haqqı 77,0 manat təşkil edib.

CAHANGİR
 



Baxış sayı: 658

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024