12px13px15px17px
Tarix:05/08/13

Azərbaycanda internet istifadəçilərinin 41.2 faizi 24 yaşadək olan gənclərdir


2013-cü ilin əvvəlinə əhalinin hər 100 nəfərindən 70-i internet istifadəçisi olub. İstifadəçilərin 40.9 faizi yaşadığı evdə (mənzildə), 7.7 faizi internet-klublarda, 21.7 faizi iş yerində, 9.5 faizi təhsil müəssisəsində, 0.6 faizi kitabxanada, 19.6 faizi isə digər yerlərdə internet şəbəkəsinə qoşulub. Orta hesabla hər gün internetdən istifadə edənlərin internet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 76.2 faizdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, internet istifadəçilərinin 41.2 faizi 24 yaşadək olan gənclərdir. Yaşı 64-dən  yuxarı olan istifadəçilərin xüsusi çəkisi 0.1 faiz təşkil edir.

İstifadəçilərin 27.8 faizi ali təhsillidir. İnternetdən informasiya axtarmaq və əlaqə yaratmaq məqsədilə istifadə edənlər daha çox olmuş, hakimiyyət orqanları ilə əlaqə yaradanlar əvvəlki illə müqayisədə artıb.

KAMAL



Baxış sayı: 965

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024