12px13px15px17px
Tarix:05/08/13

“Android” sistemli smartfonlar viruslara daha çox məruz qalır


 "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar daha çox haker və virus hücumlarına məruz qalır. Çində mobil şəbəkələrin təhlükəsizlik məsələləri ilə məşğul olan "Tencent Mobile Security Laboratory" xidmətinin nümayəndələri belə düşünür.

Ekspertlər xəbərdarlıq ediblər ki, virusa yoluxma təhlükəsi zərərli proqramların yerləşdirildiyi pulsuz, adətən lisenziyalaşdırılmamış əlavələr yüklənən zaman baş verir. Bu proqramlar aktivləşdiriləndə onlar spamı (qeyri-qanuni reklam) yaya bilir və istifadəçinin şəxsi məlumatlarını oğurlayır.
 
Şirkətin məlumatına görə, cari ilin birinci yarısında Çində 43 milyon smartfon müxtəlif növ virusların hücumuna məruz qalıb ki, bunun da 38 milyonu "Android" sistemli olub. Hesabat dövründə mütəxəssislər 316 min müxtəlif növ zərərli proqram aşkarlayıb. Bunun  303 mini "Android" əsasında işləyən qurğular olub.

Ötən ilin analoji göstəricisi ilə müqayisədə belə hücumların sayı təxminən 8 dəfə artıb, - araşdırmada qeyd olunub.  

Çinli ekspert Lyu Çjaoxuanın bildirdiyinə görə, smartfonlar üçün əksər proqram tərtibatçıları hətta spam proqramlarının yaradılması ilə məşğul olan şəxslərlə əməkdaşlıq edirlər ki, sürətlə inkişaf edən mobil şəbəkə bazarında əlavə dividendlər əldə etsinlər, - "İTAR-TASS www.itar-tass.com" yazır. 



Baxış sayı: 488

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

17/02/20
Mürəkkəb yaraları sağaltmaq üçün “ağıllı” sarğı hazırlanıb

Konnektikut Universitetinin alimləri dərmanların birbaşa yaraya çatdırılması üçün simsiz işləyən

17/02/20
“Apple” növbəti nəsil “iPhone” smartfonlarını öz “5G” antena modulu ilə təchiz etmək niyyətindədir

Çoxsaylı şayiələrə görə, “Apple” cari ildə “Snapdragon X55” modemi əsasında işləyən və beşinci

17/02/20
Süni intellektə hərbi dronların idarə edilməsi öyrədiləcək

ABŞ-ın Buffalo Universitetinin tədqiqatçıları süni intellektə hərbi pilotsuz uçan aparatlar donanmasını i

17/02/20
“Chrome” brauzeri üçün 500-dən çox təhlükəli genişlənmə aşkar edilib

“Chrome” brauzeri üçün “Chrome Web Store”dən milyon dəfələrlə yüklənmiş 500-dən çox genişlə

17/02/20
Yeni bilərzik istifadəçinin ətrafındakı mikrofonların səsini batırır

Çikaqo Universitetinin alimləri istifadəçinin ətrafındakı mikrofonların səsini batıran yeni bilərzik

17/02/20
“Huawei” kommersiya sirlərinin oğurlanmasında ittiham edilir

ABŞ Ədliyyə Nazirliyi Çinin “Huawei” telekommunikasiya şirkətinə qarşı yeni ittihamlar irəli sürüb.

17/02/20
Yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

ABŞ Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanmış yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

17/02/20
Britaniya “EuroHPC” layihəsini tərk edib

Böyük Britaniya müasir superkompüterlərin yaradılması üzrə “EuroHPC” Panavropa layihəsini tərk edib.

17/02/20
Lazerlər internetin sürətini min dəfə artıracaq

Lids və Nottingem universitetlərinin tədqiqatçıları teraherslik kvant kaskad lazerin idarə olunması sahəs

16 02 2020