12px13px15px17px
Tarix:06/08/13

“Curiosity” kosmik aparatı bu gün Qırmızı planetə eniş etməsinin birilliyini qeyd edir


ABŞ-ın "Curiosity" kosmik aparatı 6 avqust 2012-ci ildə Marsa eniş edib. Aparatın üst səthində müxtəlif cihazlarla təchiz edilən 74 kiloqramlıq elmi laboratoriya quraşdırılıb. Onların köməyi ilə aparat süxur növlərini tədqiq edir. Ekspedisiyada başlıca məqsəd Marsda nə vaxtsa həyatın bu və ya digər formada yaranması üçün şəraitin aşkar edilməsidir. 

Aparatın uzunluğu 2,8 metr, çəkisi 900 kiloqram təşkil edir. "Curiosity" ABŞ Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) tərəfindən indiyədək Qırmızı planetin üzərinə buraxılan bütün aparatları uzunluğuna görə 2 dəfə, ağırlığına görə 5 dəfə üstələyir.

Bu elmi laboratoriya diametri 50 santimetr təşkil edən üç cüt təkərə malikdir və onlardan hər biri fərdi güс qurğusu ilə hərəkətə gətirilir. Aparatın ön və arxa tərəfləri xüsusi dönmə mexanizmləri ilə təchiz edilib. "Curiosity" hündürlüyü 75 santimetr olan maneələri dəf edir və yerində 360 dərəcə tam dönə bilir. 

Hazırda aparat Qırmızı planetdəki başlıca missiyasına – enmə yerindən təxminən 8 km uzaqda yerləşən Şarp dağına tərəf hərəkət edir. Bu səyahətin bir neçə ay çəkəcəyi gözlənilir.

Qeyd edək ki, NASA Qırmızı planetdə ümumilikdə 687 Yer günü qalacağı planlaşdırılan "Curiosity" layihəsinə 2,5 milyard dollar vəsait xərcləyib, - "İTAR-TASS www.itar-tass.com" yazır.



Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024