12px13px15px17px
Tarix:06/08/13

Azərbaycanda muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində çalışıb


2013-cü il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1490,3 min nəfər olub və onlardan 891,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 598,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən (DSK) verilin məlumata görə, muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində məşğul olub.

Məlumatda həmçinin qeyd olunur ki, cari ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 410,8 manat təşkil edib, keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artıb.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

CAHANGİR
 
 



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024