12px13px15px17px
Tarix:06/08/13

“Mən Azərbaycanlıyam” online bilik yarışmasının iyul ayının qalibləri mükafatlandırldı


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “Mən Azərbaycanlıyam” online bilik yarışmasının iyul ayı üzrə   1-ci,  2-ci və 3-cü   ongünlüklərin, həmçinin iyul ayının qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Yarışın şərtlərinə uyğun olaraq ongünlüklərin qaliblərinə netbuk tipli kompüter,  ilk 100-lüyə daxil olan digər iştirakçılara isə həvəsləndirici mükafatlar –  “Nar Mobile” və “Bakcell” şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartları təqdim edilib.

İyul ayı ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərmiş 3 nəfər iyul ayının qalibi seçilib. 1-ci yeri tutan Elnur Məmmədzadə Iphone mobil telefonuna və mini İphad planşetinə, 2-ci yeri tutan Vüsal İsgəndərov Iphone mobil telefonuna, 3-cü yeri tutan Ceyhun Cariyev isə mini Iphad planşetinə sahib olublar.

Tədbirdə Nazirliyin İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev çıxış edərək qalib iştirakçıları təbrik edib. O, 2 ay ərzində yarışmaya qoşulanların sayının 30 minə çatdığını qeyd edərək, bunu yarışa olan böyük marağın bariz nümunəsi kimi qiymətləndirib. Şöbə müdiri eyni zamanda yarışda iştirak etmək üçün 01.08.2013-ci il tarixinədək   ümumilikdə 29115 iştirakçı qeydiyyatdan keçdiyini, onların 66 faizi-nin kişi, 34 faizi-nin isə isə  qadın istifadəçiləri olduğunu diqqətə çatdırıb. O , xatırladıb ki, yarışma dekabr ayının 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcək.

“Mən Azərbaycanlıyam” online bilik yarışması ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub və “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində reallaşdırılır. Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. 

Yarışmaya oyunun rəsmi  saytı (www.azerbaycanliyam.az) və Facebookdakı səhifəsi (https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts) vasitəsilə qoşulmaq mümkündür.



Baxış sayı: 904

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024