12px13px15px17px
Tarix:06/08/13

Naxçıvan MR-də rəqəmli televiziya yayımının tətbiqi genişləndirilir


Naxçıvan Muxtar Respublikasının ərazisində rəqəmli televiziya yayımına keçidlə əlaqədar  muxtar respublikanın yaşayış ərazilərinin 60 faizində  Azərbaycanın 12 TV kanalının rəqəmsal formatda yayımı təşkil edilib, qalan ərazilərdə rəqəmsal yayımın təşkili üçün Ukraynanın "Kvant efir" şirkəti ilə müqavilə imzalanıb.

Artıq avadanlıqların bir hissəsi Naxçıvan şəhərinə gətirilib, qalan hissəsi isə bu ayın sonuna kimi gətiriləcək.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirlər Naxçıvan MR RİTN-də keçirilən 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında səsləndirilib.

CAHANGİR
 



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024