12px13px15px17px
Tarix:06/08/13

“Facebook”un ilk marketinq direktoru


Dünyanın nəhəng "Facebook" sosial şəbəkəsi tarixində ilk dəfə əvvəllər "Motorola Mobility" şirkətində analoji vəzifə tutan Qeri Briqqsi marketinq üzrə direktor təyin edib.

Q.Briqqs "Facebook" məhsullarının marketinqi üzrə vitse-prezident vəzifəsində 3 il çalışmış Erik Antonovu əvəzləyəcək. E.Antonov səlahiyyətlərini təhvil verənədək "Facebook"da  çalışacaq və təhsil sahəsində öz layihəsini tətbiq etmək üçün sentyabrda şirkəti tərk edəcək.

Maliyyə direktoru Şeril Sandberqin tabeçiliyində çalışan E.Antonovdan fərqli olaraq Q.Briqqs məhsullar üzrə vitse-prezident Kris Koks qarşısında hesabat verəcək.

Q.Briqqs "Facebook"a ötən ildən "Google"-a məxsus "Motorola Mobility" şirkətindən gəlib. Buna qədər o, "Plastic Jungle" hədiyyə sertifikatlarının istehsalı üzrə layihəyə başçılıq edib, "eBay" və "PayPal" internet mağazalarında aparıcı vəzifələr tutub, eləcə də 6 ilə yaxın "PepsiCo" şirkətində çalışıb. "Facebook"da yeni əməkdaş bütün məhsul və platformaların brendinqi və marketinqi, eləcə də tədbirlərin və kontent strategiyasının keçirilməsi ilə məşğul olacaq.  

Qeyd edək ki, "Facebook"un aylıq aktiv istifadəçilərinin sayı 1,15 milyardı ötür, hər ay orta hesabla 819 milyon nəfər sosial şəbəkədən mobil qurğular vasitəsilə istifadə edir, - "Digit www.digit.ru" yazır.   







Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024