12px13px15px17px
Tarix:07/08/13

AMEA Fizika İnstitutu nanoölçülü tədqiqatlar üçün unikal elmi-texniki avadanlıqlarla təchiz edilib


 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu maddi-texniki bazasını gücləndirir. Bu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrant mükafatı almış layihə çərçivəsində həyata keçirilir.

İnstitutun sektor rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Emil Hüseynovun bildirdiyinə görə, instituta Yaponiyadan ultrabənövşəyi görünən işıq və infraqırmızı diapazonda işləyən ellipsometrik spektrometr sistemi, nanoölçülü kristalların optik xüsusiyyətlərini öyrənmək üçün atom qüvvə mikroskopu, Almaniyadan rentgen sistemləri və ABŞ-dan günəş elementlərini xarakterizə edən qurğu alınıb.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, bu cihazlar fizika elmində nanoölçülü tədqiqatlar üçün unikal elmi-texniki avadanlıqlardır.
 
Həqiqət İSABALAYEVA

 



Baxış sayı: 877

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024