12px13px15px17px
Tarix:07/08/13

SKSP-də investisiya layihələrinin qiymətləndirilməsi zamanı müasir texnologiyaların tətbiqinə üstünlük veriləcək


 
Qeyri-neft sektorunda ən iri layihələrdən olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) fəaliyyətinin təşkili istiqamətində tədbirlər davam etdirilir. İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki,  "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin iştirakı ilə Azərbaycanda sənaye parklarının fəaliyyəti üçün zəruri olan normativ-hüquqi sənədlərin layihələrinin tərtib olunması istiqamətində işlər aparılır.

Artıq bir sıra normativ-hüquqi aktların ilkin layihələri, həmçinin "Hüquqi və fiziki şəxslərin investisiya layihələrinin tələb olunan meyarlara uyğunluğunun qiymətləndirilməsi qaydaları"nın ilkin layihəsi hazırlanıb.

Qaydalara əsasən, hüquqi və fiziki şəxslərin investisiya layihələrinin qiymətləndirilməsi 10 meyar üzrə aparılacaq. Bu zaman investisiya layihəsinin regional əhəmiyyəti, məhsul istehsalı (iş və xidmətlərin göstərilməsi) üzrə müasir texnologiyaların tətbiqi, məhsulların innovasiya və ixrac yönümlülüyü, iqtisadi səmərəliliyi, rəqabət mühitinin gücləndirilməsinə təsiri və digər amillər nəzərə alınacaq.
Artıq Sumqayıt Kimya Sənaye Parkına 20-yə yaxın investisiya təklifi təqdim edilib.

Layihələr əsasən qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən, polimerlərin istehsalını nəzərdə tutur. Bununla belə "Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər - yerli və xarici şirkətlərlə görüşlərin təşkili, ölkə daxilində və xaricdə təqdimatların keçirilməsi və s. davam etdirilir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1438

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024