12px13px15px17px
Tarix:07/08/13

7 ayda “Elektron hökumət” portalına 176495 nəfər daxil olub


 
İstifadəçilərin "Elektron hökumət" portalına maraqları artan dinamika üzrə inkişaf edir. Statistikaya gəlincə, iyul ayı üzrə aparılan monitorinqlər portala 25 094 nəfərin daxil olduğunu göstərir. Belə ki, ay ərzində bu istifadəçilər tərəfindən 37 478 dəfə daxilolma həyata keçirilib və 73964 dəfə elektron xidmətlərdən istifadə edilib. Səhifələrə baxışların ümumi sayı isə 142 917 ədəd olub. Hər bir  istifadəçinin portalda orta işləmə müddəti 5 dəqiqə 9 saniyə təşkil edib.

2013-cü ilin 7 ayı ərzində isə portala daxil olanların sayı 176495 nəfər təşkil edib. Eyni zamanda daxilolmaların sayı 288 853, istifadə edilmiş xidmətlərin sayı isə 341 306 ədəd, səhifələrə baxış sayı 986 813 ədəd olub. Hər bir istifadəçinin portalda orta işləmə müddəti 4 dəqiqə 30 saniyə təşkil edib.

Elektron xidmətlərdən istifadə coğrafiyası üzrə statistika da maraqlıdır. "Elektron hökumət" portalının fəaliyyəti yalnız ölkəmizdə, o cümlədən Xankəndində (iyul ayında 205 dəfə, 7 ay ərzində isə 1978 dəfə) deyil, həmçinin xaricdə də maraq doğurur.

Avqust ayının 1-nə təqdim edilmiş elektron imza sertifikatlarının sayı 15 000 ədəddən çox, sadələşdirilmiş kod parol alanların sayı isə 17 000-i keçib. Statistika da təsdiqləyir ki, ümumilikdə portalın əhatəsi və populyarlığı artmaqdadır. Portalda artıq 236 xidmət təqdim edilir və bu gün "Elektron hökumət"inin  "Facebook" səhifəsini bəyənənlərin sayı 63901-ə çatıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 907

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024