12px13px15px17px
Tarix:12/08/13

“Microsoft Office 365” Azərbaycan bazarına təqdim edilib

Azərbaycanda "Microsoft Office 365 Home Premium" (ev istifadəsi üçün) və "Office 365 for small business" (kiçik biznes üçün) məhsullarının pərakəndə satışına başlanılıb.

Şirkətdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata əsasən, artıq Azərbaycan istifadəçiləri üçün "Microsoft" məhsullarının bütün xəttindən istifadə mümkündür.

"Office 365 Home Premium" istifadəçilər üçün "Office"-in aparıcı xəttinin yeni versiyasıdır.  "Office 365 Home Premium – Office" tərəfindən hazırlanan, müasir, ailə və biznes arasında balansı qorumağa çalışan işgüzar şəxslər üçün nəzərdə tutulub. Yeni məhsul, "Windows" əməliyyat sistemi ilə çalışan planşetlər, "Personal" və "Mac" kompüterləri daxil olmaqla, beş cihazda istifadə oluna bilər və özündə ən son və tam  "Office" dəstini cəmləşdirir.  Proqram həmçinin əlavə "SkyDrive" "bulud" məlumat saxlanma sistemi yaddaşı və beynəlxalq "Skype" zəngləri imkanı ilə təchiz edilib.

"Office 365 Home Premium" dünya üzrə 162 bazarda və 21 dildə mövcuddur və aşağıdakı funksiyaları  əhatə edir:
  • "Word", "Excel", "PowerPoint", "OneNote", "Outlook", "Publisher" və "Access"
  • Bütün ailə üzvlərinə  - "Windows" əməliyyat sistemində çalışan planşetlər, "Personal" və "Mac" kompüterləri daxil olmaqla, internetə bağlı beş cihazı əhatə edən "Office" proqramlarının istifadəsi üçün - yalnız bir lisenziya tələbi
  • "SkyDrive" "bulud" məlumat saxlanma sistemində əlavə 20 GB yaddaş ki, bu, pulsuz "SkyDrive" hesabının yaddaşından üç dəfə artıqdır
  • Bütün dünya üzrə mobil və ev telefonlarına, habelə kompüterlərə zəng üçün 60 pulsuz danışıq dəqiqəsi
  • Hər zaman ən yeni texnologiyaları istifadə etmək imkanı yaradan, istifadəçinin vaxtını qoruyan bütün gələcək yeniliklərin yüklənməsi.
"Office 365 for small business" – "Office"-in ən son versiyasıdır. Korporativ elektron poçtu, kütləvi veb-saytı, veb-konfransların keçirilməsi və sənədlərə ümumi daxilolma imkanı - bu xidmətləri güclü İT bilikləri olmadan da asan idarə etmək olar. Yeni məhsula bir sıra xüsusiyyətlər və xidmətlər daxildir:
  • "Office" daha çox cihazda ("PK", "Mac", "OS Windows" sistemi ilə çalışan planşetlər və demək olar ki, bütün mobil cihazlar) istifadə oluna bilər
  • Tam funksional "Office" versiyasının hər hansı internetə bağlı və "Windows 7" və ya "Windows 8 OS" ilə çalışan personal kompüterə axın keçidi gerçəkləşdirilə bilər
  • "SkyDrive Pro" vasitəsilə çox sadə fayl paylaşma sistemi hər istifadəçiyə 7 GB yaddaş təqdim edir. Bunun köməyi ilə onlar öz sənədlərinə, demək olar ki, hər yerdən daxilolma imkanı qazanır
  • Şəxsi kütləvi veb-saytınızın hazırlanması, servisi və yerləşdirilməsi üçün artıq ödəmə tələb etməyən kütləvi resurs
  • Veb-konfranslar - HD formatında, bir klik ilə ümumi ekrana daxilolma funksiyası ilə audio və videoiclaslar keçirmək imkanı yaradır.
Aynur Vəliyeva
 
 



Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024