12px13px15px17px
Tarix:12/08/13

Region gəncləri internet resursları və onun əhəmiyyəti barədə məlumatlandırılacaq


Azərbaycanda "Gənclərin rəqəmsal inkişafı - internet jurnalistikası üzrə maarifləndirmə" adlı layihə həyata keçirilir. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə,  sözügedən layihəni Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) reallaşdırır.

Təşkilatdan bildirilib ki, layihənin məqsədi gənclərdə internet jurnalistikası ilə bağlı peşəkarlığı artırmaq, lazımi bilik və bacarıqları aşılamaq, region gənclərini internet resursları və onun əhəmiyyəti barədə məlumatlandırmaq, internet jurnalistikası üzrə gənc peşəkarların aşkarlanmasıdır. AGAT-dan o da əlavə olunub ki, Gənclər və İdman Nazirliyinin dəstəyilə icra olunan layihə çərçivəsində Bakı, Quba, Gəncə və digər şəhərlərdə məlumatlandırma sessiyaları və təlimlər keçiriləcək. Bu təlimlərdə gənclərə rəqəmsal inkişaf, vətəndaş jurnalistikası, internet resurslarından faydalı istifadə, bu istiqamətdə bacarıq və biliklər ekspertlərin iştirakı ilə aşılanacaqdır.

Qeyd edək ki, sonda təlim iştirakçıları ilə birgə Rəqəmsal İnkişaf Forumunun keçirilməsi nəzərdə tutulub.

SEYMUR



Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024