12px13px15px17px
Tarix:12/08/13

“Wi-Fi” çıxışlı istehlak məhsullarının həcmi 17 faiz artıb


 "ABI Research" analitik şirkətinin qiymətləndirməsinə əsasən, simsiz rabitənin təşkili üçün istehlakçının evində quraşdırılan "Wi-Fi" kateqoriyalı qurğulara (Customer Premise Equipment, CPE) aid şəbəkə məhsullarının tədarük həcmi 2013-cü ilin birinci rübünün yekunları üzrə 43,3 milyon ədəd təşkil edib ki, bu da əvvəlki rübdən 16,8 faiz çoxdur.   

Daha çox tələbat "802.11n" standartını dəstəkləyən avadanlıqlarda müşahidə olunub. Bu avadanlıqlar bazarın 2/3-nə sahib çıxıb. Hazırda ən müasir "802.11ac" texnologiyası ilə uyğunluq təşkil edən çıxış nöqtələri populyarlaşmağa başlayıb, - "ABI Research"in analitiki Ceyk Sonders qeyd edib.

"802.11ac" spesifikasiyasına uyğun qurğular məlumatların 1,3 giqabit saniyədə ötürülməsini təmin edir ki, bu da "802.11n" texnologiyasının sürət göstəricisindən 3 dəfə yüksəkdir. 2013-cü ilin sonunadək 1 milyona yaxın "802.11n" texnologiyalı istehlak çıxış nöqtəsi tədarük ediləcək. Birinci rübdə bu qurğuların buraxılışı 200 min ədədə bərabər olub.   

Ev istifadəçiləri və kiçik və ev ofisləri ("SOHO") üçün simsiz avadanlıqlar bazarında 15 faizlik payla "TP-LINK" şirkəti liderliyini qoruyub. Daha sonrakı yerlərdə müvafiq olaraq 12 və 11 faizlik payla "NetGear" və "D-Link" şirkətləri qərarlaşıb.

Müəssisələr üçün "WLAN"-avadanlıqların tədarükü üzrə "ZTE", "Cisco" və "HP" şirkətləri liderlik edir, - "IT Expert www.itexpert.org.ua" yazır.  
 



Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024