12px13px15px17px
Tarix:12/08/13

Yerli bankın “Facebook” səhifəsi beynəlxalq “Socialbakers” xidmətinin sertifikatına layiq görülüb


"Bank of Baku"nun "Facebook" səhifəsi beynəlxalq "Socialbakers" xidmətinin ən yaxşı "Sosialyönlü səhifə" (Socially Devoted) nominasiyası üzrə mükafatına layiq görülüb.

 Bankdan "Ictnews.az" elektron xəbər portalına verilən məlumata əsasən, təqdim edilmiş xüsusi sertifikatda "Bank of Baku"nun sosial şəbəkədə müştəri xidmətlərinə görə bu sənədə layiq görüldüyü qeyd edilib.
 "Socialbakers" (http://www.socialbakers.com) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir. Təqdim edilmiş mükafat 2013-cü ilin ikinci rübünü əhatə edir. "Socialbakers" öz açıqlamasında bildirib ki, "Bank of Baku"nun "Facebook" səhifəsində istifadəçilərlə kommunikasiya nümunəvi səviyyədə qurulub.

 "Socialbakers" təhlilçilərinin araşdırmasına görə, "Bank of Baku"nun "Facebook" səhifəsində istifadəçilərin sorğu və müraciətlərinin 90%-dən çoxu cavablandırılır və bu, qısa vaxt aparır.

 "Socialbakers"in beynəlxalq miqyasda apardığı araşdırmada digər kateqoriyalar üzrə müxtəlif biznes sahələrini təmsil edən dünyanın aparıcı şirkət və korporasiyalarının sosial səhifələri mükafatlandırılıb.
 Xatırladaq ki, hazırda "Bank of Baku"nun əsas "Facebook" səhifəsindən başqa (http://www.facebook.com/bankofbaku) "Bolkart" kredit kartına həsr olunmuş (http://www.facebook.com/bolkart) səhifəsi də fəaliyyət göstərir. Hər iki səhifəni toplam 150 minə yaxın internet istifadəçisi izləyir və bu rəqəm dinamik şəkildə artır.

Kamal Hacıyev



Baxış sayı: 2561

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024