12px13px15px17px
Tarix:13/08/13

Yeni prosessor texnologiyası “Mur Qanunu”nu təkzib edir

“ASML” şirkətinin alimləri mikroprosessorların istehsalında istifadə edilən fotolitoqrafiyanın təkmilləşdirilmiş metodunun köməkliyi ilə daha yığcam çiplər istehsal etmək üsulu fikirləşiblər. İstehsalçılar artıq 2015-ci ilədək yeni texnologiyanı tətbiq edə bilərlər.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 50 ildir istifadə edilən müasir üsul silisium lövhələrin kristalları üzərində tranzistorların sayının durmadan artmasını nəzərdə tutur. 1965-ci ildə “Intel” korporasiyasının həmtəsisçisi Qordon Mur bu cür yanaşmanı nəzəriyyə şəklinə salaraq bildirib ki, mikroprosessor kristalında tranzistorların sayı hər iki ildən bir iki dəfə artacaq. Bununla belə, "Mur qanunu"nda fiziki məhdudiyyətlərə görə hədd var: silisium yarımkeçiricilərin sayını sonsuz sayda artırmaq olmaz.

“ASML” şirkəti dərin ultrabənövşəyi (EUV) fotolitoqrafiya texnologiyasının köməkliyi ilə bu məhdudiyyəti aradan qaldırmağı təklif edib. Bu metod dalğasının uzunluğu təxminən 13 nm olan işıqdan istifadə edərək silisium lövhədə tranzistorlar "çap etmək”dən ibarətdir.

Şirkətdən bildirilib ki, o, EUV şüa nəticəsində 10 nanometrlik çip istehsal edə bilən stepper yaratmağa müvəffəq olub.

Emil Hüseynov



Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024