12px13px15px17px
Tarix:13/08/13

“Hesab.az” portalında iki milyonuncu tranzaksiya qeydə alınıb


 "GoldenPay" şirkəti, "Hesab.az" (www.hesab.az) onlayn xidmətlər portalında iki milyonuncu ödənişi həyata keçirən istifadəçini təltif edib.

Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "Hesab.az" elektron portalı istifadəyə verildikdən bəri (aprel 2011-ci il) yubiley, iki milyonuncu ödəniş həyata keçirilib. Yubiley tranzaksiyanı Sumqayıt sakini Elnur Quliyev həyata keçirib. Ödəniş məbləği cəmi 2 manat təşkil edib. İki milyonuncu ödənişi həyata keçirən istifadəçi "GoldenPay" şirkəti tərəfindən "Nokia Lumia 720" mobil telefonu ilə təltif edildi.

"GoldenPay" şirkətinin baş direktoru Fərid İsmayılzadə: "İki milyonuncu ödənişi biz hamımız səbirsizliklə gözləyirdik. Bu, istifadəçilərin elektron ödənişlərin necə rahat olduğunu hiss etmələrinin göstəricisi, bizim üçün isə bir şirkət olaraq, bu yeni inkişaf mərhələsi deməkdir".

Azərbaycan elektron ödənişlər bazarı, İsmayılzadənin sözlərinə görə, hələ inkişaf mərhələsindədir. "Hesab.az" onlayn xidmət portalının istifadəçilərinin sayı orta hesabla ildə 50 faizdən çox artır. Əgər ilin əvvəlinə istifadəçilərin sayı təqribən 34 min təşkil edirdisə, hal-hazırda bu rəqəm 70 mini ötüb. "GoldenPay" elektron ödəmə sistemi 300-ə yaxın şirkət və müəssisələrin xidmətlərini ödəməyə imkan verir. "Hesab.az" portalı haqqında: "GoldenPay" ödəmə texnologiyaları əsasında çalışan "Hesab.az" onlayn xidmət portalı, mobil operatorlar, İnternet- provayderlər, bütün kabel televiziya operatorlarının və kommunal şirkətlərin xidmətlərini bank kartları vasitəsilə ödəmək imkanı verir.

Bundan başqa, portalda lizinq və bank kreditlərinin ödənişi və onlayn-sığorta xidmətləri göstərilir. Hazırda portalda qeydiyyatdan keçən 70 mindən artıq abunəçiyə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.

Aynur Vəliyeva
 




Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024