12px13px15px17px
Tarix:13/08/13

"IBM" beynin işini təqlid edən çip yaradır


"IBM" şirkəti süni beyin yaratmağa imkan verən yeni tip mikroçip və proqramlaşdırma dili hazırlayır. Yeni elektron qurğu eynilə insan beyni kimi işləyəcək, amma qeyri-bioloji materiallardan hazırlanacaq.

Ötən həftə “Almaden” Tədqiqat Mərkəzinin direktoru Dxarmendra Modha  deyib ki, onun komandasının hazırladığı yeni növ kompüter proqramlaşdırma dili insan beyninin işini təqlid edən proqramların yaradılması üçün nəzərdə tutulub. Yeni proqramlaşdırma dili süni intellektə ətraf aləmi araşdırmağı, müxtəlif hadisələrə reaksiya verməyi öyrətməyə imkan verir. "IBM" yeni texnologiyanı əvvəlcə sadə proqramlarda tətbiq etməyi planlaşdırır. Gələcəkdə sözügedən texnologiya daha çətin işləri həll edəcək.

“Biz insan beyninin orqanik surətini yarada bilmirik. Bunun üçün zəruri texnologiya və biliyimiz yoxdur” - Dxarmendra Modha deyib. “Lakin onun süni analoqunu yaratmağa çalışa bilərik. Buna görə biz sinapsı təqlid edən xüsusi mikroçip hazırladıq. O, prosessor və yaddaş qurğusunu birləşdirir. Bu çipləri neyrona oxşar şəbəkədə birləşdirmək olar. Yeni proqramlaşdırma dili sayəsində bu şəbəkələr müxtəlif intellektual məsələləri həll edə biləcək”.

Dxarmendra Modha deyib ki, "IBM" şirkətinin layihəsi qısa müddətdə çətin ki, dünyanı dəyişdirsin, lakin gələcəkdə yeni elektronika arxitekturası bəşəriyyətin elmi-texniki irəliləmənin yeni səviyyəsinə çıxışını təmin edəcək.
 
EMİL



Baxış sayı: 390

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2020

20 02 2020

20/02/20
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çə

20/02/20
“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

20/02/20
"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib

İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların

20/02/20
“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm

20/02/20
Çində smartfonlara tələbat kəskin azalıb

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin

20/02/20
Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyas

20/02/20
Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib

“Google” şirkəti Seulda “bulud” regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk,

20/02/20
Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib

Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəq

20/02/20
“Crew Dragon” raketi kosmik turistlərin orbital uçuşları üçün istifadə ediləcək (VİDEO)

Kosmik turistlərin uçuşunun təşkili ilə məşğul olan ABŞ-ın “Space Adventures” şirkəti “SpaceX” korporasiy

20/02/20
Mobil qurğular beyində dəyişikliklər yaradır

Alimlər smartfon asılılığı olan insanların beyninin forma və ölçüsündə dəyişikliklər aşkarlayıblar. Belə