12px13px15px17px
Tarix:14/08/13

Hindistanda müsəlmanlara “Facebook”da fotoşəkil dərc etmək qadağan edilib

“The Indian Express” nəşrinin yaydığı məlumata əsasən, Hindistanın müsəlman liderləri qızları “Facebook” və başqa sosial şəbəkələrdə öz fotoşəkillərini dərc etməkdən çəkinməyə səsləyib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ruhanilər bunu belə izah ediblər ki, islam qadınlarına öz “gözəllik”lərini yad kişilərə göstərmək qadağandır. Onlar sosial şəbəkələrdən faydalı iş üçün istifadə etməyi tövsiyə ediblər və qeyd ediblər ki, internet vasitəsilə əsl dost tapmaq mümkün deyil.

Sünni və şiə müftiləri belə bəyanatla çıxış ediblər. Onlar izah ediblər ki, son zamanlar onlara dindarların özlərini internetdə necə aparması ilə bağlı çoxsaylı zənglər edilir.

Qeyd edək ki, Hindistanda əhalinin 13.5%-i və 180 milyondan çox insan islam dininə etiqad edir.

Emil Hüseynov
 



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024