12px13px15px17px
Tarix:14/08/13

Nazir “НР Enterprise” qrupunun Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "НР Enterprise" qrupunun  Mərkəzi və Şərqi Avropa üzrə  vitse-prezidenti Herbert Rasrbixterlə görüşüb.

Görüş çərçivəsində Herbert Rasrbixter bildirib ki, son on il ərzində Azərbaycanda müşahidə olunan intensiv inkişaf, həyata keçirilən  islahatlar və o cümlədən, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili"  elan edilməsi  ölkəmizə ilk səfəri üçün zəmin yaradıb.

"Yerli tərəfdaşlarla keçirilən  görüşlərdə "HP" şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi  layihələr, o cümlədən "Xalq kompüteri" layihəsi haqda ətraflı məlumat əldə etdim. Bu uğurlu təcrübənin digər ölkələrdə də tətbiqinin olduqca səmərəli olacağı qənaətindəyəm.  Son illər qeydə alınan yüksək inkişaf fonunda biz Azərbaycanı regionun mərkəzi hesab edirik".

Bundan başqa, Herbert Rasrbixter gələn il "HP" şirkətinin  Azərbaycan bazarında irimiqyaslı layihələrlə çıxış etmək niyyətində olduğunu bildirib.

"Azərbaycanın informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən  İnformasiya Texnologiyaları Universitetinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və  "Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətə başlaması  gələcəkdə ölkədə İKT-nin intensiv inkişafına zəmin yaradacaq".  
H. Rasrbixter həmçinin, bu ilin dekabr ayında Bakıda keçiriləcək "Bakutel-2013"  beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında iştirak edəcəyini də qeyd edib.
 
Öz növbəsində nazir Əli Abbasov ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər, qlobal və regional layihələrin icrası və gələcək perspektivlər barədə qonağa ətraflı məlumat verib.
Nazir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkədə insan kapitalının inkişafına yönələn mütərəqqi siyasətin həyata keçirildiyini vurğulayıb. 
 
Daha sonra nazir sektor üzrə həyata keçirilən işlər kontekstində dünyanın aparıcı İT şirkəti olan "HP" ilə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
 
 



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Sentyabr 2020

26 09 2020

26/09/20
“Sualtı “Wi-Fi” yaradılıb

“Hydromea” şirkətinin tədqiqatçıları “LUMA” adlı yeni simsiz məlumat ötürmə texnologiyası

26/09/20
Pandemiya fonunda smartfonların orta qiyməti 10 faiz bahalaşıb

“Counterpoint Technology Market Research” şirkəti bu ilin ikinci rübündə dünya smartfonlar bazarında vəzi

26/09/20
“Windows 10” sisteminin beta versiyasında “Zoom” proqramının analoqu test edilir

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin yeni versiyasının testlərinə başlayıb. Beta v