12px13px15px17px
Tarix:14/08/13

“Nokia” şirkəti ilin sonunadək yeniliklərini təqdim edəcək

Finlandiyanın “Nokia” şirkəti ilin sonunadək bir sıra yeniliklər istehsal etməyi planlaşdırır. Belə yeniliklərdən biri də planşet olacaq. Sözügedən qurğu sentyabrın sonunda elan ediləcək.

“Nokiapoweruser.com” saytının məlumatlarına görə, yenilik Amerikanın “AT&T” operatoru üçün nəzərdə tutulacaq və “Windows” əməliyyat sistemi ilə işləyəcək. İnformasiya öz təsdiqini tapsa, bu, “Nokia”nın planşet bazarına ilk tamhəcmli çıxışı olacaq.

Xatırladaq ki, Finlandiya şirkətinin 2005-ci ildə istehsal etdiyi 4 düymlük diaqonala malik “Nokia 770” planşeti müasir günümüzlə müqayisədə daha çox smartfona oxşayardı.

Bundan başqa, bu il noyabrın əvvəlində “Nokia” şirkəti istifadəçiləri böyük ekranlı smartfonla (smartfon və planşetin hibridi) sevindirəcək.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, dekabrda “Lumia” smartfonlarının iki SİM kart dəstəkləyən modelləri təqdim olunacaq.

Emil Hüseynov
 



Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024