12px13px15px17px
Tarix:15/08/13

Ən innovativ İT şirkətləri hansılardır?

“Forbes” jurnalı dünyanın ən innovasiyalı şirkətlərinin illik reytinqini yeniləyib. Yenilənmiş reytinqə əsasən, bir il əvvəl 26-cı yeri tutan “Apple” şirkəti 50-dən çox pillə geriləyərək 79-cu yerdə qərarlaşıb. “Google” şirkəti də 24-cü yerdən 47-ci yerə düşməklə göstəricisini pisləşdirib.

Bununla yanaşı, proqram təminatı və “bulud” texnologiyaları tərtibatçısı “SalesForce.com” şirkəti ardıcıl üçüncü ildir reytinqə liderlik edir. İlk üçlükdə həmçinin “Alexion Pharmaceuticals” əczaçılıq şirkəti və daha bir İT nəhəngi - “VMWare” şirkəti yer alıb. Beşinci yeri Böyük Britaniyanın “ARM” istehsalçısı, daha sonrakı yerləri Çinin “Baidu” axtarış sistemi və "Amazon” onlayn pərakəndə satış şirkəti tutub. Nə qədər təəccüblü olsa da, “Microsoft” və “Nokia” şirkətləri reytinqə düşə bilməyib.

Qeyd edək ki, reytinq siyahısı bir neçə əsas amillər əsasında tərtib olunur. Reytinq müəllifləri şirkətlərin son 5 ildəki mədaxil artımı və orta gəliri ilə yanaşı, innovasiya mükafatı adlanan kriteriyanın da hesablamasını aparırlar. Bu göstərici innovasiya gözləntilərinə (yeni məhsulların işə salınması, yeni bazarlara çıxış) əsaslanan biznesin kapitallaşdırılması və dəyəri arasında fərqi bildirir. Siyahının bütün iştirakçıları rəsmən fəaliyyətlərinə dair ən azı 7 illik hesabat verməli, bazar tərəfindən 10 milyard dollardan çox dəyərləndirilməli və tədqiqatlara xalis aktivin minimum 1 faizini xərcləməlidirlər, - “Onliner www.onliner.by” yazır.    
 



Baxış sayı: 839

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024