12px13px15px17px
Tarix:15/08/13

«Elektron hökumət» və «Elektron imza» istiqamətində maarifləndirmə ilə bağlı daha bir layihəyə start verilib


 
Beş ictimai birliyin birləşdiyi "Gənclər Koalisiyası" Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci  illər üçün Milli Fəaliyyət Planı"nda gənclərin fəal iştirakçılığının təmin edilməsi və vətəndaş cəmiyyəti strukturlarını cəlb etməklə bu fəaliyyətin həyata keçirilməsinin effektivliyinin artırılması" layihəsinin icrasına start verib.

"ICTnews" xəbər xidmətinin məlumatına görə, bu barədə Şuranın informasiya portalı xəbər yayıb. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı və  2012-2015-ci illər üçün korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı dövlət tərəfindən mütəmadi tədbirlər keçirilərək, ciddi addımlar atılır. Lakin regionlarda əhalinin məlumatlılıq səviyyəsinin az olması vətəndaşların qərar qəbulu prosesində zəif iştirakına səbəb olur.

Bu mənada, koalisiya layihənin icrası zamanı, ölkədə Açıq Hökumətin təşviqi ilə bağlı «Elektron hökumət», «Bir pəncərə sistemi» və «Elektron imza» ilə bağlı maarifləndirmə apararaq, bu proseslərdə  region gənclərinin iştirakını stimullaşdırmağa çalışacaqlar.
Layihə çərçivəsində ölkənin Qərb bölgəsində və Bakının bir neçə rayonunda maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur.

SEYMUR
 
 
 



Baxış sayı: 1028

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024