12px13px15px17px
Tarix:16/08/13

Hansı ölkə istifadəçiləri nternetdə daha çox virusa yoluxmaq riski ilə üzləşir?

2013-cü ilin ikinci rübündə virusla rastlaşan internet istifadəçilərinin payı üzrə ilk onluğu MDB ölkələri və Vyetnam təşkil edir. Bu barədə  “Kasperski Laboratoriyası” şirkətinin məlumatında deyilir.   
Siyahıda ilk yeri 53, 9 faiz internet istifadəçisinin zərərli proqramlarla üzləşdiyi Ermənistan tutur. İkinci yerdə Rusiya (52,9 faiz), üçüncüdə Qazaxıstan (52,82 faiz) qərarlaşıb.

İnternetdə viruslarla üzləşən istifadəçi payının 20 faizdən az olduğu ən təhlükəsiz ölkələr siyahısında 52 ölkə yer alıb. Bu ölkələrin əksəriyyəti internetin zəif inkişaf etdiyi Afrikada yerləşir. İstisnanı yalnız Danimarka (18,6 faiz) və Yaponiya (18,1 faiz) təşkil edir.
ABŞ və Kanadanın internet istifadəçiləri orta riskli qrupa daxildir. Onların 20-30 faizi virusla qarşılaşıb.
 
2013-cü ilin ikinci rübündə zərərli proqramların yükləndiyi hostinqlərin yerləşdiyi ölkələr reytinqinin ilk iki pilləsində dəyişiklik baş verməyib. Zərərli proqramların ümumi sayının payı üzrə birinci yeri 24,4 faizlə ABŞ, ikinci yeri Rusiya (20,7 faiz) tutur. Birinci rübdə bu göstəricilər müvafiq olaraq 25,1 və 19,2 faiz səviyyəsində olub. İkinci rübdə üçüncü yerə Niderlandı (12,1 faiz) sıxışdıran Almaniya (14,5 faiz) yüksəlib.       
Kompüterlərin yoluxma səviyyəsinə görə birinci yeri Vyetnam (59,8 faiz), ikincini  Banqladeş (58,66 faiz), üçüncünü  Nepal (54,2 faiz) tutur. Virusa daha az yoluxan kompüterlərə Yaponiya (9,01 faiz), Danimarka (9,72 faiz) və Finlandiya (11,83 faiz) istifadəçiləri malikdir, - “Digit www.digit.ru” yazır.  







Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024