12px13px15px17px
Tarix:16/08/13

RİTN-də ABŞ konqresmenlərinin köməkçiləri ilə görüş keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan-Amerika Birləşmiş Ştatları  Mədəniyyət və Təhsil Mübadiləsi Proqramı (AUCEEP) çərçivəsində ABŞ konqresmenlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qonaqlara ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, Azərbaycan Respublikası Prezidenti tərəfindən informasiya-kommunikasiya  texnologiyaları (İKT) sektoruna göstərilən  diqqət və qayğı, əldə edilən nəticələr və gələcək perspektivlər barədə ətraflı məlumat verib. O, Azərbaycan hökumətinin siyasətinin əsas istiqamətlərindən birinin İKT sektorunda islahatların sürətləndirilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, əsas məqsəd İKT-nin  Ümumi Daxili Məhsulda payının  yaxın 8-10 il ərzində iki dəfə artırılmasından ibarətdir. Son illər ərzində İKT sahəsində artım tempinin ildən-ilə yüksəldiyini vurğulayan nazir həmçinin bildirib ki, ölkədə genişzolaqlı internet istifadəçilərinin və  mobil abunəçilərin sayı da sürətlə artır.

Azərbaycan və region üçün böyük əhəmiyyət kəsb edən "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), "Avropa-Yaxın Şərq İnformasiya Magistralı" (EPEG - "Europe Persia Express Gateway") layihələri, eləcə də, Azərbaycanın ilk telekommunikasiya peyki barədə danışan Əli Abbasov bu layihələrə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın aparıcı İKT şirkətlərinin böyük marağı olduğunu vurğulayıb.

Sonda nazir qonaqları maraqlandıran müxtəlif sualları cavablandırıb.
 



Baxış sayı: 1044

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024