12px13px15px17px
Tarix:19/08/13

İnternet nəhənginin xidmətlərinin bir neçə dəqiqəlik işləməməsi ona 500 min dollara başa gələcək


 
"Gmail", "YouTube" və "Google Drive" daxil olmaqla internet nəhənginin xidmətləri cümə axşamından şənbə gününədək bir neçə dəqiqəlik işləməyib.

"ICTnews.az" elektron xəbər xidməti "comnews.ru" saytına istinadən bildirir ki, "Google"un resurslarının işləmək qabiliyyətini əks etdirən "Apps Status Dashboard" saytında şirkət təsdiq edib ki, istifadəçi sorğularının 50-70%-i xidmət tərəfindən rədd edilib, lakin bir dəqiqədən sonra qismən, dörd dəqiqədən sonra isə bütün xidmətlərin fəaliyyəti tamamilə bərpa edilib.

"Sky News Online" resursunun "GoSquared" analitik firmasına istinadən yaydığı məlumata əsasən, "Google"un xidmətlərinin işləməməsi zamanı qlobal veb trafikin həcmi 40% azalıb.
Xidmətlərin işləməməsi səbəbi hazırda bilinmir.

Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024