12px13px15px17px
Tarix:19/08/13

Orxan Əhmədov: “Bankın verdiyi endirim bonus sistemlərindən daha effektiv bir sistem qurmağı bacarmışıq”


Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları üzrə uğur qazanmış bir sıra startuplar fəaliyyət göstərir. Onlardan biri də “MultiBon” layihəsidir. Bu barədə “ICTnews.az” xəbər xidmətinə məlumat verən “MultiBon” şirkətinin təsisçisi Orxan Əhmədov bildirib ki, adıçəkilən proqram “Bonus cashback” və sosial şəbəkə sistemidir.

Onun sözlərinə görə, həyata keçirdikləri startup “İnfipro İnc” Vençur Fondu tərəfindən maliyyələşdirildikdən sonra 2012-ci ilin avqust ayından fəaliyyətə başlayıb: “İstənilən şəxs “www.multibon.az” saytında qeydiyyatdan keçərək pulsuz olaraq “MultiBon” bonus kartını əldə edə bilər və 200-ə yaxın müəssisədə alış-veriş etdiyində ödədiyi məbləğin 25%-ə qədəri bonus şəklində hesabına əlavə edilir. Toplanan bonuslar pul əvəzi partnyorlarda istifadə edilə və yaxud nağdlaşdırıla bilər.

Bununla yanaşı, “MultiBon” geolokasiyalı sosial şəbəkə sistemidir. Yəni istifadəçilər tövsiyə proqramı ilə dostlarını sistemə dəvət edə bilər, onların hardan, nə qədər bonus qazandıqlarını görməklə yanaşı, həm partnyorlar, həm də dostlarının aktivlikləri haqqında şərhləri bölüşə bilərlər”.

Orxan Əhməd bildirir ki, onlar startup layihəsi olaraq 10 nəfərlik heyət ilə hazırda bir çox bankın verdiyi endirim bonus sistemlərindən daha çox nəticə, daha effektiv bir sistem qurmağı bacarıblar: “İndiki məqamda 16 mindən çox istifadəçimiz, 200-ə qədər kontraktımız var. Payız ayında isə saytımız və sistemin yeni versiyası, eyni zamanda mobil tətbiqimiz işə salınacaq”.

SEYMUR



Baxış sayı: 1168

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024