12px13px15px17px
Tarix:19/08/13

“Ultra” şirkəti” “Network Technologies İncorporated”in resseller statusunu alıb

Azərbaycanın ən böyük İT şirkətlərindən biri olan “Ultra”  şirkəti ABŞ-ın İT avadanlığı üzrə aparıcı şirkəti olan “NTİ” şirkəti tərəfindən resseller statusunu əldə edib.

1984-cü ildə təsis edilmiş “NTI” şirkəti ABŞ-da təhsil, tibb, mədəniyyət, hərbi sənaye və digər sahələrdə audio-video həllər üzrə öndə gedən aparıcı şirkətlərdən biridir. Şirkət kompüter, video-splitter mənbələri üçün KVM - (klaviatura, video, mouse), müxtəlif videoprotokol dəstəkləyicili konvertorlar, videosiqnal ötürücülü kabel, adaptorlar və digər bu kimi yüksək keyfiyyətli cihazların istehsalçısıdır.

Qeyd edək ki, “Ultra” şirkətinin peşəkar mütəxəssisləri 2001-ci ildən etibarən “NTI” ilə qarşılıqlı əməkdaşlığa başlayıb. Bunun nəticəsində “Ultra” şirkəti  ilk olaraq Azərbaycanda video-splitterlərin satınalınmasına imza atıb.

“Ultra” şirkətinin İdxal və ixrac şöbəsinin müdiri Oleq Solin bildirib ki,  hər şeydən öncə bu cür əməkdaşlıq, qarşılıqlı olaraq iş təcrübələrinin mübadiləsi, qabaqcıl dünya texnologiyalarının ölkəmizə gətirilməsinə və onları gələcək layihələrimizdə tətbiq etməklə bu sahədə daha da inkişaf etməyimiz üçün əvəzedilməz bir imkandır.

RƏVAN
 
 



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024