12px13px15px17px
Tarix:20/08/13

İnternet vasitəsilə bank xidmətlərindən istifadə genişlənir


Yanvar-iyun ayları ərzində internet-bankinq vasitəsilə 171,4 mln. manat məbləğində 28,3 min ədəd əməliyyat həyata keçirilib.

Mərkəzi Bankdan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, mobil-bankinq vasitəsilə isə 283,3 min manat məbləğində 19 min ədəd əməliyyat həyata keçirilib.

Ödəniş kartlarının sayı bu dövr ərzində 293 min ədəd artaraq 5,301 mln. ədədə çatıb ki, bu da hər min nəfərə (yetkinlik yaşına çatmış) orta hesabla 862,5 ədəd ödəniş kartı deməkdir. 2013-cü ilin 1 iyul tarixinə ölkə üzrə ümumi kart istifadəçilərinin sayı 4,5 mln. nəfər təşkil edib.

Ödəniş kartlarının 88%-i debet kartları (bundan 55%-i sosial, 29%-i əməkhaqqı və 16%-i digər kartlar), qalan 12%-i isə kredit kartları təşkil edib.

Yarımillik ərzində ödəniş kartları vasitəsilə ölkə daxilində həyata keçirilən tranzaksiyaların ümumi həcminin 94,2%-i (4 126 mln. manat) nağd pul vəsaitinin çıxarılması, 4,8%-i (254 mln. manat) isə nağdsız əməliyyatlar təşkil edib.

Kamal Hacıyev



Baxış sayı: 760

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024