12px13px15px17px
Tarix:20/08/13

2013-cü ildə smartfonların qlobal tədarük həcmi 950 milyon olacaq

"Digitimes Research" analitik şirkətinin proqnozuna əsasən, bu il smartfonların qlobal tədarük həcmi 950 milyonu ötəcək. İlk yarımilliyin yekununa görə, artıq sözügedən aparatların sayı 420 milyona çatıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurityru." saytına istinadən bildirir ki, hesabata əsasən, smartfon və planşetlər üçün RAM və NAND çiplərin qiyməti kifayət qədər yüksək, istehsalçıların məhsul ehtiyatları isə aşağı olub və nəticədə aparatların qiyməti bir qədər qalxıb. İlin ikinci yarısında mobil əməli və daimi yaddaş üçün qiymətlərin azalması gözlənilir ki, bu da ilin sonunadək satışların həcminə təkan verməlidir.

Bununla belə, analitiklər deyirlər ki, qiymətlər "HD" və "FullHD" təsvir ölçülü ekranlara görə arta bilərlər ki, nəticədə istehsalçılar bahalı modellərin qiymətini aşağı sala bilməyəcək. Bundan başqa, yerli bazarlarda mənfi vəziyyət səbəbindən Rusiya, Şərqi Avropa, Cənub-Şərqi Asiya, Hindistan və Latın Amerikasına smartfon tədarüklərinin həcmi artmayacaq.

Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024