12px13px15px17px
Tarix:21/08/13

Uşağın ağlama səbəbini araşdıran proqram yaradılıb

Uşaq niyə ağlayır? Aydınlaşdırmaq çətin məsələdir. Ağrı, aclıq və ya başqa səbəbdən hönkür-hönkür ağlayır? ABŞ-ın Braun Universitetində işləyən tədqiqatçılar “Women & Infants” xəstəxanası ilə tərəfdaşlıq çərçivəsində çətin məsələni kompüter proqramına həvalə etmək qərarına gəliblər.

Məlum olub ki, körpənin ağlamağının təhlili ona dərhal diaqnoz qoymağa imkan verir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, sözügedən sistem ağlamağın 80-dən çox parametrini təhlil edir. Avtomatik ağlama analizatoru həqiqətən səmərəli olsa, o zaman bu, diaqnostikanın ucuz və sürətli metodudur.

Emil Hüseynov



Baxış sayı: 3552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024