12px13px15px17px
Tarix:21/08/13

“Apple” “3D” obyektlərini əl hərəkətləri ilə idarə edəcək


"Apple" şirkəti ekranda "3D" obyektlərinin əl hərəkətləri ilə idarə olunması üsulunu təsvir edən "Working with 3D objects" patentini rəsmiləşdirib.

8 232 990 nömrəli patent hüququ "2D" və "3D" formatlı obyektlərin əl hərəkətləri ilə idarə olunması üsulunu təsvir edir. Nümunə kimi qurğu qarşısında barmaqla manipulyasiya etməklə ekranda ən adi təsvirlərin həcmli təsvirlərə çevrilməsi üsulu göstərilir. 

Görüntünü "2D" formatından "3D" formatına çevirmək üçün təsvirə eyni vaxtda üç barmaqla toxunmaq və onu yuxarı tərəfə çəkmək kifayət edir. Sonra əldə olunan "3D" obyektini ekran qarşısında əl hərəkətləri ilə idarə etmək, yerini dəyişdirmək, kiçiltmək və ya  genəltmək mümkündür.  

Patentdə qeyd olunduğuna görə, bu üsuldan avtomatlaşdırılmış layihələndirmə sistemlərində (CAD) istifadə edərək  istənilən mürəkkəb obyektlərin modellərini yaratmağa imkan verən müvafiq alətlər paneli ilə tamamlamaq lazımdır.  

"3D" formatlı obyektlərin əks etdirilmə üsulu istənilən mövcud texnologiyada, o cümlədən həm stereoskopik ekranda, həm də polyarlaşdırılmış "3D" eynəklərin istifadəsini tələb edən ekranda  yaradıla bilər, - "Digit www.digit.ru" yazır. 



Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024