12px13px15px17px
Tarix:21/08/13

“Headtechnology Azerbaijan” və “R.I.S.K.” şirkətləri tərəfdaşlıq sazişi imzalayıblar

“Headtechnology Azerbaijan” və “R.I.S.K.” şirkətləri strateji tərəfdaşlıq haqda saziş imzalayıblar.
“Headtechnology Azerbaijan” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, şirkətlərin əməkdaşlığı “IronPort” və “BlueCoat” layihələrindən başlayıb.

“Layihələrdən başqa biz müştərilər üçün təşkil edilmiş İT bazarın yeni məhsullarına həsr olunmuş birgə tədbirlərdə iştirak etmişik» , - şirkətin satış üzrə direktoru Aleksey Koçerıgin bildirib.

Xatırladaq ki, “Headtechnology Azerbaijan” şirkəti  beynəlxalq  “Headtechnology Group” holdinqinin tərkib hissəsidir. Şirkətin əsas fəaliyyət istiqaməti informasiya təhlükəsizliyi sahəsində həllərin distribüsiyasıdır. “R.I.S.K.” şirkəti Mərkəzi Asiya və Qafqaz bazarında aparıcı şirkətlərdən biridir.

Aynur Vəliyeva
 



Baxış sayı: 613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024