12px13px15px17px
Tarix:21/08/13

İtirilmiş telefonları tapmaq mümkün olacaq

"CyanogenMod" ("Android" platforması ilə işləyən smartfon və planşetlər üçün satışdan sonrakı proqram içliyi) tərtibatçıları "CyanogenMod Account" xidmətini təqdim ediblər.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, sözügedən xidmət istifadəçiyə hesab yaratmağa imkan verir və onlar işlərində "CyanogenMod"ın əlavə xidmətlərindən istifadə edə bilərlər. Bu cür xidmətlərdən biri itirilmiş mobil qurğuların axtarışı xidmətidir.

İstifadəçi bu xidmətin köməkliyi ilə itirilmiş smartfon və ya mobil telefonun yerini xəritədə görə bilər. Qurğu oğurlandığı halda, bütün məlumatları uzaq məsafədən silmək mümkündür.

Qeyd edək ki, artıq bir çox şirkətlər, əməliyyat sistemi tərtibatçıları və telefon istehsalçıları itirilmiş qurğuların axtarışı üçün xidmətlər təklif edir. Lakin onların əksəriyyəti aparatın proqram içliyinin oğrular tərəfindən dəyişdirilməsindən sonra səmərəsizdir.

Emil Hüseynov



Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024